Qelebə.az / Qadın həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna start verilib

Qadın həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna start verilib

18-04-2025, 16:36

Qadın həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna start verilib.

"Report"un məlumatına görə, turun açılış matçında I-IV yerlər uğrunda yarışan “Qarabağ” və “İdman Akademiyası” komandaları üz-üzə gəliblər.

“AHF Arena”da keçirilən qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 33:26.

Qeyd edək ki, turun digər oyunu sabah "Azəryol" və "Kür" komandaları arasında keçiriləcək.

Geri qayıt