Qelebə.az / “Zirə” “Qarabağ”ın çempionluğunu təxirə saldı - YENİLƏNİB

“Zirə” “Qarabağ”ın çempionluğunu təxirə saldı - YENİLƏNİB

20-04-2025, 09:44

Bu gün Misli Premyer Liqasında XXXI tura yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

Turun son görüşü Zirədə baş tutub. “Zirə” “Sumqayıt”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin tam üstünlüyü ilə keçib. Qəsəbə təmsilçisi 3 xalı 3 qolla qazanıb.

19:00 “Zirə” – “Sumqayıt” 3:1
Qollar: G. Papunaşvili, 6, M. Junior, 45+1, S. Suma, 89 - B. Abdixolikov, 52

Zirə İdman Kompleksinin stadionu
Baş hakim:Rauf Cabarov

Geri qayıt