Qelebə.az / AFFA-da klubların maliyyə menecerlərinin iştirakı ilə seminar təşkil olunub

AFFA-da klubların maliyyə menecerlərinin iştirakı ilə seminar təşkil olunub

22-04-2025, 13:00

AFFA-nın inzibati binasında Klubların Lisenziyalaşdırılması Departamenti tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerlərinin iştirakı ilə UEFA-nın İT Tool proqramına maliyyə məlumatlarının daxil edilməsinə dair seminar təşkil olunub.

Qurumdan "QELEBE.AZ"a verilən məlumata görə, seminarda klubların maliyyə dayanıqlığı, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə Qaydaları müzakirə olunub.

Eyni zamanda, növbəti lisenziyalaşdırma mövsümündən etibarən maliyyə meyarlarına ediləcək dəyişikliklər haqda seminar iştirakçılarına məlumat verilib.

Seminarın sonunda klub nümayəndələri 2024-cü maliyyə ilinə aid müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.

Geri qayıt