Qelebə.az / Ceymi Vardi "Lester"dən ayrılacağını açıqlayıb

Ceymi Vardi "Lester"dən ayrılacağını açıqlayıb

24-04-2025, 15:22

İngiltərə Premyer Liqası təmsilçisi "Lester"in futbolçusu Ceymi Vardi cari mövsümün sonunda komandadan ayrılacaq.

"QELEBE.AZ" xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə klubun X sosial şəbəkə hesabındakı videosunda bildirib.

Qeyd edək ki, C.Vardi 2012-ci ildən "tülkülər"də çıxış edir. O, bu mövsüm Premyer Liqada 7 qola imza atıb.

İngiltərə çempionatında 18 xalla 19-cu sırada yer alan "Lester"in Çempionşipə düşəcəyi dəqiqləşib.

Geri qayıt