Qelebə.az / Azərbaycanlı boksçu Çempionlar Gecəsində

Azərbaycanlı boksçu Çempionlar Gecəsində

24-04-2025, 20:57

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Rusiyanın Ufa şəhərində İBA PRO Çempionlar Gecəsində döyüşəcək. 

QELEBE.AZ xəbər verir ki, +92 kq çəkidə rinqə çıxacaq dünya çempionatının mükafatçısı yerli Bekxan İsrailovla görüşəcək. 

Görüş 6 raund davam edəcək. 

Çempionlar Gecəsindən öncə bu gün çəki və üz-üzə mərasimi keçirilib. 

Qeyd edək ki, aprelin 25-də Ufada ümumilikdə 7 döyüş keçiriləcək.

Geri qayıt