Qelebə.az / Avropa Voleybol Konfederasiyasının prezidenti: "Azərbaycan Yüksək Liqasının finalında maraqlı oyunlar izlədik"

Avropa Voleybol Konfederasiyasının prezidenti: "Azərbaycan Yüksək Liqasının finalında maraqlı oyunlar izlədik"

25-04-2025, 17:16

Azərbaycan Yüksək Liqasının finalında maraqlı oyunlar izlədik.

"QELEBE.AZ" xəbər verir ki, bunu Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç deyib.

O, Azərbaycan Voleybol Federasiyasına Bakıda yaxşı qarşılandığı üçün təşəkkür edib:

"Mükafatçıları təbrik edirəm. 2026-cı ildə Avropa çempionatının qrup oyunları Bakıda keçiriləcək".

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında gerçəkləşən kişilər arasında ikinci final matçında "Murov Az Terminal"a 3:1 (25:20, 25:22, 17:25, 25:17) hesabı ilə qalib gələn "Azərreyl" titula sahib çıxıb. "Dəmiryolçular" ilk final matçında da rəqibini üstələmişdi - 3:0.

Qadınların yarışında isə "Azərreyl" ötən gün finalın ikinci matçında "Milli Aviasiya Akademiyası"nı "qızıl set"də məğlub edərək Azərbaycan çempionu olmuşdu.

Geri qayıt