Qelebə.az / Olimpiya çempionumuz yarımfinalda

Olimpiya çempionumuz yarımfinalda

26-04-2025, 15:13

Cüdo üzrə Avropa çempionatı davam edir.

QELEBE.AZ xəbər verir ki, Monteneqronun paytaxtı Podroritsada keçirilən yarışın dördüncü günündə Azərbaycan millisinin cüdoçuları tatami üzərinə çıxıb.

Olimpiya çempionumuz Zelim Kotsoyev Paris-2024-dən sonra ilk sınağına başlayıb. 100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 2-ci mərhələdən start verib. O, startda Mixael Aristosu (Kipr), ardınca Maksims Duynovsi (Latviya) məğlub edib. Olimpiya çempionumuz yarımfinalda Anton Savitski (Ukrayna) qarşılaşacaq.

Uşanqi Kokauri (110 kq) isə Patrik Bronietslə (Polşa) üz-üzə gəlib. Qələbə qazanan cüdoçumuz 1/8 finalda Marius Fizellə (Slovakiya), növbəti görüşündə Recep Erginlə (Türkiyə) dueldən üstün ayrılıb. Kokauri yarımfinalda Valeri Endovitski (İJF) ilə mübarizə aparacaq.

Geri qayıt