Qelebə.az / Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ

Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ

29-04-2025, 16:51

“Qarabağ” yerli futbolçulardan daha birini komandada saxlamağı planlaşdırır.

Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Toral Bayramovu əldən buraxmaq istəmir.

Azərbaycan çempionu 24 yaşlı futbolçunun müqavilə müddətini daha 1 il artırmaq niyyətindədir.

Yarımmüdafiəçiyə ölkə xaricindən, əsasən də Avropadan ciddi müştərilər var. Lakin o, hələ ki, qərarını verməyib.

Toralın “Qarabağ”la hazırkı sözləşməsi 2026-cı il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Bayramov 2020-ci il yanvarın 1-dən “Qarabağ”ın əsas komandasında çıxış edir.

Geri qayıt