Qelebə.az / Atletika üzrə Bakı birinciliyi keçiriləcək

Atletika üzrə Bakı birinciliyi keçiriləcək

30-04-2025, 15:55

Yeniyetmələr arasında atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti açıqlayıb.

Yarış federasiya tərəfindən təşkil olunacaq.

Birincilikdə 2010-2011-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar.

Qeyd edək ki, mayın 2-də start götürəcək yarış iki gün davam edəcək.

Geri qayıt