Qelebə.az / DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

10-12-2022, 20:03

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Afrika təmsilçisi hesabda öndədir - 1:0.

19:47

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Afrika təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.

19:43

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 42-ci dəqiqədə fərqlənən Yussuf En-Nesiri Afrika təmsilçisini önə keçirib.


19:00

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

17:34

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində qarşılaşacaq Mərakeş və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Mərakeş: Yassin Bunu, Romen Saiss, Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Sekin Amallah, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş, Yahia Attiyat Allah

Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Ruben Neves, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Geri qayıt