Qelebə.az / "Tottenhem" avrokuboklar tarixində ikinci dəfə ilk dəqiqədə qol vurub

"Tottenhem" avrokuboklar tarixində ikinci dəfə ilk dəqiqədə qol vurub

2-05-2025, 09:57

İngiltərənin "Tottenhem" klubu avrokuboklar tarixində ikinci dəfə oyunun ilk dəqiqəsində qol vurub.

"QELEBE.AZ" "Opta"ya istinadən xəbər verir ki, London təmsilçisi sonuncu dəfə 1971-ci ilin dekabrda bunu bacarıb.

Paytaxt klubu ötən gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk matçında, evdə Norveçin "Budyo-Qlimt" komandasına 3:1 hesabı ilə qalib gəlib. Görüşün 1-ci dəqiqəsində Brennan Conson hesabı açıb.

"Tottenhem" 1971-ci ildə UEFA Kubokunda (hazırkı Avropa Liqası) Rumıniyanın "Rapid" (Buxarest) kollektivi ilə qarşılaşmanın ilk dəqiqəsində rəqibi məyus edib.

Geri qayıt