“Liverpul”un cinah hücumçusu Luis Dias mövsümsonu klubla müqaviləsinin uzadılması haqqında danışıqlar aparacaq.
“Report” xəbər verir ki, bu barədə məlumat yayıb.
“Luis Dias mövsümün sonunda “Liverpul” ilə müqaviləsinin uzadılması haqqında danışıqlar aparacaq”, – telekanalın efirində bildirilib.
Bundan başqa, paralel olaraq İspaniyanın nəşri kolumbiyalı vingerin “qırmızılar”la Çempionlar Liqasının qazanmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, 28 yaşlı Dias 2022-ci ilin qışından Mersisayd komandasının formasını geyinir. O, “Liverpul” ilə birgə İngiltərə Premyer Liqasının (2024/2025), İngiltərə Kubokunun (2021/2022), İngiltərə Superkubokunun (2022), İngiltərə Liqa Kubokunun (2021/2022, 2023/2024) qalibi olub.