Qelebə.az / Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci matçında "Sabah" "Neftçi"ni məğlub edib

Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci matçında "Sabah" "Neftçi"ni məğlub edib

4-05-2025, 16:07

Azərbaycan Basketbol Liqasının final seriyasının ikinci matçında "Sabah" “Neftçi”ni məğlub edib.

"Report" məlumatına görə, Bakı İdman Sarayında baş tutan görüş Rimas Kurtinaytisin 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Final seriyasının İlk matçında da "Sabah" "Neftçi"ni üstələmişdi 94:89.

Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq. Növbəti iki matçın 6 və 8 mayda təşkili planlaşdırılır.

Geri qayıt