Qelebə.az / Portuqaliyalı məşhur futbolçu Braziliya klubuna keçə bilər

Portuqaliyalı məşhur futbolçu Braziliya klubuna keçə bilər

5-05-2025, 17:13

Müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsus olan, icarə əsasında İtaliya təmsilçisi "Milan"da çıxış edən Joau Feliks karyerasını Braziliyada davam etdirə bilər.

"QELEBE.AZ" xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı-qaralar" 25 yaşlı hücumçunun transferi üçün danışıqlar aparır.

Braziliyalılar onu sonradan birdəfəlik almaq şərti ilə icarəyə götürmək istəyirlər. Felikslə Portuqaliyanın "Benfika" klubu da maraqlanır.

Qeyd edək ki, hücumçu cari mövsüm 36 matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt