Qelebə.az / “Qalatasaray” futbolçusu ilə müqavilənin müddətini uzadıb

“Qalatasaray” futbolçusu ilə müqavilənin müddətini uzadıb

6-05-2025, 13:53

“Qalatasaray” Kaan Ayhanla yeni müqavilə imzalayıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-qırmızılar" futbolçunun 2026-cı ildə başa çatmalı olan müqaviləsini 1 il uzadıb.

Qeyd edək ki, İstanbul klubu Kaanı 2023-cü ildə “Sassuolo”dan heyətinə cəlb etmişdi.

Geri qayıt