Qelebə.az / "İnter"in qapıçısı "Barselona" ilə oyunun ən yaxşısı seçilib - VİDEO

"İnter"in qapıçısı "Barselona" ilə oyunun ən yaxşısı seçilib - VİDEO

7-05-2025, 11:20

"İnter"in qapıçısı Yann Sommer Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" ilə cavab oyununda (4:3) tarixə düşüb. 

Apasport.az xəbər verir ki, Sommer qarşılaşmanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb. 

İsveçrəli qapıçı İspaniya nəhəngi ilə 2 matçda 14 seyvlə yadda qalıb. 

Qeyd edək ki, "İnter" 2023-cü ildə əsas qapıçısı Andre Onananı 50 milyon avroya "Mançester Yunayted"ə satdıqdan sonra "Bavariya"nın ikinci qapıçısı Yann Sommeri cəmi 6 milyon avroya komandaya cəlb etmişdi. 

Sommerin Lamin Yamalın möhtəşəm zərbələrini dəf etdiyi görüntüləri təqdim edirik: 

Geri qayıt