Qelebə.az / Millimiz Böyük Dəbilqədə 3 cüdoçu ilə təmsil olunacaq

Millimiz Böyük Dəbilqədə 3 cüdoçu ilə təmsil olunacaq

7-05-2025, 20:06

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 9–11 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turniri keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan bu yarışda qadınlardan ibarət yığma komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimarın başçılığı altında 3 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq. 

Qeyd edək ki, üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edəcək.

Qadınlar

-48 kq
Könül Əliyeva

-52 kq
Gültac Məmmədəliyeva

-57 kq
Fidan Əlizadə

Geri qayıt