Qelebə.az / “Barselona” Kristensenlə yollarını ayıracaq

“Barselona” Kristensenlə yollarını ayıracaq

7-05-2025, 16:44

İspaniyanın “Barselona” komandası yayda futbolçusu Andreas Kristensenlə yollarını ayıracaq.

QELEBE.AZ xəbər verir ki, Kataloniya klubu müdafiəçinin tez-tez zədə alması və maliyyə şərtləri səbəbindən mövsümün sonunda müqaviləyə vaxtından əvvəl xitam verəcək.

Danimarka millisinin üzvü bu mövsüm 3 matçda cəmi 123 dəqiqə oynamaq şansı əldə edib.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” komandası Andreas Kristensenin transferində maraqlıdır.

Geri qayıt