Qelebə.az / Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi

Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi

9-05-2025, 10:00

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu üçün səsvermə başa çatıb.

QELEBE.AZ UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, mükafatı “İnter”in qapıçısı Yann Sommer alıb.

Sommer səsvermədə PSJ-nin müdafiəçisi Aşraf Hakimini qabaqlayıb. 

“Barselona” ilə yarımfinal mərhələsinin cavab oyununda (4:3) isveçrəli qolkiper 7 seyv edib.

Xatırladaq ki, Çempionlar Liqasının finalında "İnter" və PSJ üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Münhendəki stadionda baş tutacaq. 

Geri qayıt