Qelebə.az / Kerem vurdu, “Benfika” heç-heçə etdi

Kerem vurdu, “Benfika” heç-heçə etdi

11-05-2025, 00:01

Portuqaliya Liqasında XXXIII turun görüşləri davam edir. 

QELEBE.AZ xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan iki komanda - "Benfika" "Sportinq"lə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Ev sahiblərinin yeganə qolunu Türkiyə millisinin üzvü Kerem Aktürkoğlu vurub.

Qeyd edək ki, hər iki komanda turnir cədvəlində topladıqları 79 xalla 1-ci və 2-ci yerləri bölüşürlər.

Geri qayıt