Qelebə.az / Alonsonun "Real"la müqavilə imzalayacağı tarix açıqlanıb

Alonsonun "Real"la müqavilə imzalayacağı tarix açıqlanıb

12-05-2025, 12:17

Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonsonun İspaniya təmsilçisi "Real"la müqavilə imzalayacağı tarix açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə "El Chiringuito TV"də məlumat verilib.

43 yaşlı mütəxəssis iyunun 1-də sözləşməyə imza atacaq. O, iyunun 15-dən iyulun 13-dək ABŞ-də baş tutacaq klublararası dünya çempionatında komandaya rəhbərlik edəcək.

Mayın 9-da Leverkuzen təmsilçisi Alonsonun mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. O, "Real"da Karlo Ançelottini əvəzləyəcək.

Geri qayıt