Qelebə.az / "Beşiktaş" klubunun futbolçusu ciddi zədə alıb

"Beşiktaş" klubunun futbolçusu ciddi zədə alıb

13-05-2025, 21:54

Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Aleks Oksleyd-Çemberleyn ciddi zədə alıb.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçu Superliqanın XXXV turunda "Adana Dəmirspor"a 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada sıradan çıxıb.

O, matçın 11-ci dəqiqəsində sağ dizindən zədələnib.

Bununla da Aleks Oksleyd-Çemberleyn mövsümün son 3 turunda meydana çıxa bilməyəcək.

Geri qayıt