Qelebə.az / Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

15-05-2025, 01:20

"Bolonya" 2024/2025 mövsümündə İtaliya Futbol Kubokunun sahibi olub.

"Report" xəbər verir ki, Romadakı "Olimpiko" stadionunda keçirilən həlledici görüşdə bolonyalılar "Milan"ı minimal hesabla məğlub ediblər - 1:0.

Yeganə qolun müəllifi Dan Ndoye olub (53-cü dəqiqə).

"Bolonya" tarixində üçüncü dəfə İtaliya Kubokunu qazanıb, daha əvvəl komanda bunu 1969/1970 və 1973/1974 mövsümlərində etməyi bacarmışdı.

Geri qayıt