Qelebə.az / Azərbaycanın basketbol millisinin baş məşqçisi dəyişib

Azərbaycanın basketbol millisinin baş məşqçisi dəyişib

16-05-2025, 16:03

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi dəyişib.

"Report"un əldə etdiyi məlumata görə, türkiyəli Ferhat Akcan yığmaya təyinat alıb.

O, bu postda Evren Alkayanı əvəzləyib.

E.Alkaya U-18 millisinin baş məşqçi postunda qalıb.

Qeyd edək ki, Ferhat Akcan daha əvvəl Türkiyə II Liqasında çıxış edən "OGM Ormanspor"da köməkçi məşqçi vəzifəsində çalışıb.

Geri qayıt