Qelebə.az / İspaniya klubu futbolçu haqqında çəkilən sənədli filmin yaradıcılarını məhkəməyə vermək istəyir

İspaniya klubu futbolçu haqqında çəkilən sənədli filmin yaradıcılarını məhkəməyə vermək istəyir

17-05-2025, 11:14

İspaniyanın "Valensiya" klubu "Real"ın futbolçusu Vinisius Junior haqqında çəkilən sənədli filmin yaradıcılarını məhkəməyə vermək istəyir.

"Report" xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin mayında keçirilmiş "Valensiya" - "Real" matçı zamanı baş vermiş insident təhrif olunmuş şəkildə işıqlandırılıb. Həmin vaxt braziliyalı vinger irqçiliyə məruz qalmışdı.

Mayın 15-də "Netflix"də yayımlanmış filmdə stadionda oyunçuya "axmaq" deyə müraciət olunur. Lakin alt yazıda onun "meymun" kimi təcrümə edildiyi səhnə var.

Bu səbəbdən "Valensiya" filmin yaradıcılarına qarşı məhkəmə iddiası qaldırmağı düşünür.

Geri qayıt