Qelebə.az / "Sabah" Rusiyada keçirilən beynəlxalq turnirdə ikinci oldu

"Sabah" Rusiyada keçirilən beynəlxalq turnirdə ikinci oldu

18-05-2025, 11:23

Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq futbol turnirinə yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, "Sabah"ın U-10 komandası turnirin həlledici oyununda Rusiyanın "Rubin" (Kazan) komandası ilə qarşılaşıb.

Matç rəqibin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi "Sabah" turniri ikinci pillədə başa vurub. "Sabah"ın futbolçusu Muronur Əlili yarışın ən yaxşı futbolçusu seçilib.

Geri qayıt