Qelebə.az / "Milan" beş mövsümdən sonra ilk dəfə Çempionlar Liqasında iştirak etməyəcək

"Milan" beş mövsümdən sonra ilk dəfə Çempionlar Liqasında iştirak etməyəcək

19-05-2025, 09:24

İtaliyanın "Milan" klubu 2020/2021 mövsümündən sonra ilk dəfə UEFA Çempionlar Liqasında iştirak etməyəcək.

"QELEBE.AZ"un məlumatına görə, bu, komandanın A Seriyasının XXXVII turunda səfərdə "Roma"ya 1:3 hesabı ilə uduzduğu matçdan sonra dəqiqləşib.

Bu nəticədən sonra Milan təmsilçisi növbəti mövsümdə avrokuboklarda iştirak şansını itirib.

Qeyd edək ki, "Milan" sona 1 tur qalmış turnir cədvəlində 60 xalla 9-cu pillədə qərarlaşıb.

Geri qayıt