Qelebə.az / Alessandro Del Pyero PRO lisenziyası əldə edib

Alessandro Del Pyero PRO lisenziyası əldə edib

21-05-2025, 11:42

İtaliya millisinin və "Yuventus"un sabiq hücumçusu Alessandro Del Pyero UEFA tərəfindən məşqçilərə verilən ən yüksək - PRO lisenziyasını əldə edib.

"QELEBE.AZ"un məlumatına görə 50 yaşlı keçmiş futbolçu bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.

Lisenziya ona top-klubları idarə etmək hüququ verir.

Qeyd edək ki, 2014-cü ildə karyerasını bitirən Alessandro Del Pyero "Yuventus"un heyətində altıqat İtaliya çempionu və Çempionlar Liqasının qalibi olub.

Geri qayıt