Qelebə.az / Dünya çempionatı: Slovakiya yığması Bakıda Hindistan millisini darmadağın edib

Dünya çempionatı: Slovakiya yığması Bakıda Hindistan millisini darmadağın edib

21-05-2025, 15:11

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan günün beşinci matçında Slovakiya Hindistanla üz-üzə gəlib.

Qarşılaşma avropalıların 15:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, daha əvvəl İngiltərə Ukraynanı (4:0), Portuqaliya Bolqarıstanı (3:1), Fransa Çadı (1:0) məğlub edib. Macarıstan - Türkiyə qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Foto: Məhəmməd Ağayev

Geri qayıt