Qelebə.az / Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun baş tutub

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun baş tutub

21-05-2025, 22:47

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan günün yeddinci matçında Rumıniya yığması Özbəkistana qalib gəlib.

Qarşılaşma avropalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turnirin əvvəlki oyunlarında Fransa Çadı (1:0), Portuqaliya Bolqarıstanı (3:1), İngiltərə Ukraynanı (4:0), Slovakiya isə Hindistanı (15:0) məlub edib. Macarıstan - Türkiyə və Azərbaycan - Bəhreyn görüşlərində tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Foto: Samirə Həsənova

Geri qayıt