Qelebə.az / UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

17-12-2022, 07:53

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Ukraynanın “Dnepr-1” futbol klubunu diskvalifikasiya edə və avrokuboklarda iştirakdan kənarlaşdıra bilər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, UEFA-ya “Dnepr-1”in “Dnepr” komandasının yeni adı olması ilə bağlı şikayət daxil olub. Məlumat təsdiqlənərsə, klub “Dnepr”in bütün borclarını ödəməli, eləcə də avrokuboklarda iştirakdan kənarlaşdırılmalı olacaq.

Xatırladaq ki, “Dnepr-1” Konfrans Liqasının 1/16 finalında Larnakanın “AEK” komandası ilə qarşılaşacaq. İlk görüş fevralın 16-da, cavab görüşü isə fevralın 23-də baş tutmalıdır.

Geri qayıt