“Sabah”ın sabiq futbolçusu Kristian Sebalyos karyerasını bitirib.
QELEBE.AZ xəbər verir ki, bu barədə 32 yaşlı oyunçu sosial şəbəkə hesabında paylaşım edib.
Son klubu “Sabah” olan Sebalyos bundan öncə Belçikada “Sent-Trüden”, Qətərdə “Qətər”, “Əl Vakra”, İngiltərədə “Tottenhem”, “Çarlton” kimi klublarda forma geyinib.