Qelebə.az / NBA: "Nyu-York Niks" yarımfinalda "İndiana Peysers"lə bacarmadı

NBA: "Nyu-York Niks" yarımfinalda "İndiana Peysers"lə bacarmadı

22-05-2025, 11:39

NBA-nın yarımfinal mərhələsinin oyunları start götürüb.

QELEBE.AZ xəbər verir ki, günün yeganə qarşılaşmasında "Nyu-York Niks" doğma meydanda "İndiana Peysers"i qəbul edib.

Qonaqlar əlavə vaxtda 138:135 hesabı ilə qələbə qazanıb. Qalib komandanın heyətində Tyrese Haliburton 31 xal və 11 məhsuldar ötürmə ilə dabl-dabl edib. Ev sahiblərində isə 45 xalla Calen Brunson fərqlənib. 

Qeyd edək ki, komandalar arasında ikinci oyun mayın 24-də Nyu-Yorkda baş tutacaq.

Geri qayıt