Qelebə.az / Azərbaycan çempionatlarında “transfer pəncərəsi” yanvarın 3-də açılacaq

Azərbaycan çempionatlarında “transfer pəncərəsi” yanvarın 3-də açılacaq

17-12-2022, 12:13

Futzal üzrə Azərbaycan çempionatlarında qış “transfer pəncərəsi” 2023-cü il yanvarın 3-də açılacaq.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Yüksək, Birinci və İkinci liqalarda iştirak edən klublar həmin gündən etibarən yeni oyunçularını təqdim edə biləcəklər.

Komandalar yeni transferlərini fevralın 2-dək qeydiyyatdan keçirə bilərlər.

Geri qayıt