Qelebə.az / "Araz-Naxçıvan" "Neftçi"ni məğlub etdi, çempion oldu

"Araz-Naxçıvan" "Neftçi"ni məğlub etdi, çempion oldu

22-05-2025, 16:33

Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.

QELEBE.AZ xəbər verir ki, bu gün "Neftçi" İK-nı 6:2 hesabı ilə üstələyən "Araz-Naxçıvan" titula sahib çıxıb.

Komanda 19-cu dəfə Azərbaycan çempionu olub.

"Araz-Naxçıvan" 19 turdan sonra 49 xalla liderdir. İkinci sıradakı "Neftçi" İK-nın 43 xalı var.

“Qırmızı-ağlar” 2025/2026 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Rəqiblər iyulun 3-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.

Geri qayıt