İspaniya La Liqası təmsilçilərindən “Atletik”in baş məşqçisi Ernesto Valverdenin gələcəyinə aydınlıq gəlib.
QELEBE.AZ xəbər verir ki, müqaviləsi mövsümün sonunda başa çatmalı olan təcrübəli mütəxəssisin sözləşməsi daha 1 il uzadılıb.
Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Qeyd edək ki, Ernesto Valverde 2022-ci ildən etibarən Bask təmsilçisinə rəhbərlik edir.