Qelebə.az / Azərbaycan kubokunun sahibi müəyyənləşdi

Azərbaycan kubokunun sahibi müəyyənləşdi

24-05-2025, 14:45

Kişi həndbolçuların Azərbaycan kuboku yarışına yekun vurulub. 

QELEBE.AZ xəbər verir ki, "AHF Arena"da keçirilən final matçında "Bakı" və "Kür" qarşılaşıblar. 

Mingəçevir həndbolçuları fasiləyə 1 xal üstün yollanıblar - 11:10.

İkinci hissədə "Bakı" oyunda dönüş yaratmağa çalışsa da, istəyinə çatmayıb. Yekunda 20:19 hesabı ilə qalib gələn "Kür" ölkə kubokuna sahib çıxıb.

Geri qayıt