Qelebə.az / Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ABŞ Polşa ilə heç-heçə edib

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ABŞ Polşa ilə heç-heçə edib

24-05-2025, 14:56

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, ABŞ və Polşa yığmaları F qrupunun oyununda üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, ilk turda Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ni 4:2 hesabı ilə üstələyib.

Foto: Samirə Həsənova

Geri qayıt