Qelebə.az / "Formula 1": Monako Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilot bəlli olub

"Formula 1": Monako Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilot bəlli olub

24-05-2025, 19:19

"Formula 1" üzrə Monako Qran-prisinin sıralama turunda ən yaxşı nəticə göstərən pilot müəyyənləşib.

"QELEBE.AZ"un məlumatına görə, “Maklaren”dən Lando Norris birinci yeri tutub.

"Ferrari"dən Şarl Lekler ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri üçüncü olub.

Qeyd edək ki, Monako Qran-prisində əsas yarış mayın 25-də baş tutacaq.

Geri qayıt