Qelebə.az / “Yuventus” Çempionlar Liqasına vəsiqə qazanıb

“Yuventus” Çempionlar Liqasına vəsiqə qazanıb

26-05-2025, 01:46

İtaliya A Seriyasında mövsümə yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, "Yuventus" səfərdə "Venesiya" ilə qarşılaşıb.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə xallarının sayını 70-ə çatdıran "qoca sinyora" gələn mövsüm UEFA çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

Turun digər matçında isə "Roma" "Torino"nu 2 cavabsız qolla məğlub etməyi bacarıb.

Geri qayıt