Qelebə.az / 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə start verilir

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə start verilir

26-05-2025, 09:00

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə bu gün start veriləcək.

"QELEBE.AZ"un məlumatına görə, yarışda Azərbaycan millisi da daxil olmaqla 16 komanda iştirak edəcək.

A qrupunda qərarlaşan yığma saat 16:00-da Niderland millisi, 17:50-də isə Çexiyanın “Praqa” klubu ilə üz-üzə gələcək. Oyunlar "Sea Breeze"də keçiriləcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Pley-off matçları mayın 27-də baş tutacaq.

Geri qayıt