Qelebə.az / Tailand millisi Bakıdakı dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb

Tailand millisi Bakıdakı dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb

26-05-2025, 13:44

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, günün ilk matçında E qrupunda Kosta Rika - Tailand matçı baş tutub.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma Asiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1.

Xallarının sayını 7-yə çatdıran Tailand növbəti mərhələyə vəsiqə qazanıb. Qrupda bütün oyunlarda uduzan Mərkəzi amerikalılar turnirlə vidalaşıblar.

E qrupunun İndoneziya - Monteneqro görüşü bu gün, saat 20:00-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Foto: Mircavid Eminoğlu

Geri qayıt