Qelebə.az / Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer aldığı qrupu lider tamamlayıb

Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer aldığı qrupu lider tamamlayıb

26-05-2025, 19:14

Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer aldığı qrupu lider tamamlayıb.

"QELEBE.AZ"un məlumatına görə, III turda Gürcüstan ilə qarşılaşan çexlər 2:2 hesablı heç-heçəyə razılaşıb.

Hər iki kollektiv G qrupunda 7 xala malik olsalar da, əlavə göstəricələ görə üstün sayılan Çexiya seçməsi qrupu birinci bitirib.

Komandalar növbəti mərhələyə adlayıblar.

3 xala malik Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yığması və 0 xalla Argentina mübarizəni dayandırıb.

Foto: Vüqar Xanlarov

Geri qayıt