Qelebə.az / Serbiya minifutbol millisinin üzvü: "Milli Gimnastika Arenasında oynamaq bizim üçün çox əlverişlidir"

Serbiya minifutbol millisinin üzvü: "Milli Gimnastika Arenasında oynamaq bizim üçün çox əlverişlidir"

26-05-2025, 20:45

Serbiya millisinin üzvü Bobar Yovan Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer adıqları H qrupunu birinci pillədə tamamladıqları üçün sevincli olduqlarını bildirib.

O,  "Report"a açıqlamasında motivasiyalarının yüksək olduğunu söyləyib.

"Sevincliyik. Bununla belə, arxayınlaşmaq istəmirik. Bakıya nəticə qazanmaq üçün gəlmişik. İnanırıq ki, sonda çempion olacağıq", - B.Yovar vurğulayıb.

O, mundialın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:

"Həqiqətən hər şey yüksək səviyyədədir. Milli Gimnastika Arenasında futbol oynamaq bizim üçün çox əlverişlidir. Bakıda məskunlaşdığımız ərazi çox yaxşıdır. Təəssüf ki, şəhəri gəzmək vaxtımız olmayıb".

Qeyd edək ki, Serbiya millisi H qrupundakı son matçında Qanaya 2:1 hesabı ilə qalib gəlib. Xallarının sayını 9-a çatdran serblər qrup lideri olublar.

Geri qayıt