Qelebə.az / “Çelsi”dən yeni rekord

“Çelsi”dən yeni rekord

29-05-2025, 02:33

"Çelsi" futbol klubu yeni rekorda imza atıb.

QELEBE.AZ xəbər verir ki, London klubu UEFA bayrağı altında keçirilən bütün yarışların qalibi olub.

"Zadəganlar" Konfrans Liqasında "Betis"i 4:1 hesabı ilə məğlub edərək, avrokuboklardakı hər 5 turnirdə titula sahib olublar. "Çelsi" Çempionlar Liqası, Avropa Liqası, UEFA Superkuboku və keçmişdə keçirilən Kuboklar kubokunda mükafatı başı üzərinə qaldırıb.

Geri qayıt