Qelebə.az / Daha bir İtaliya klubu baş məşqçisi ilə yollarını ayırıb

Daha bir İtaliya klubu baş məşqçisi ilə yollarını ayırıb

30-05-2025, 16:53

"Fiorentina" baş məşqçisi Raffaele Palladino ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A seriyası təmsilçisi 41 yaşlı italiyalı və onun məşqçilər heyəti ilə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verib. Mütəxəssis 2024-cü ilin iyulundan "Fiorentina"nı çalışdırırdı.

"Fiorentina" Palladinonun rəhbərliyi altında A seriyasının 2024/25 mövsümünü 65 xalla 6-cı pillədə başa vurub.

Geri qayıt