David De Xea "Fiorentina"da qalmaq qərarına gəlib.
QELEBE.AZ xəbər verir ki, "Fiorentina" ispaniyalı qapıçı ilə müqaviləni 2028-ci ilə uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Bu mövsüm De Xea "Fiorentina" heyətində 42 oyun keçirib və onlardan 11-də qapısında qol buraxmayıb.