Qelebə.az / "Yuventus" Kenan Yıldıza qiymət qoyub

"Yuventus" Kenan Yıldıza qiymət qoyub

2-06-2025, 07:40

"Yuventus" hücumçusu Kənan Yıldızı satmaq fikrində deyil.

QELEBE.AZ xəbər verir ki, Turin klubu müqavilə yeniləmək üçün 20 yaşlı futbolçu ilə danışıqlar aparır.

İnsayder Nikolo Şiranın sözlərinə görə, "qoca sinyora" oyunçunu 80-100 milyon avro dəyərində qiymətləndirir.

Kənan Yıldızla Londonun “Arsenal” və “Çelsi” klubları maraqlanır.

"Transfermarkt" Türkiyə millisinin üzvünü 45 milyon avro olaraq dəyərləndirir. Onun "Yuventus"la hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.

 

Geri qayıt