Türkiyə Basketbol Super Liqasında 1/4 final mərhələsinin oyunları başa çatıb.
QELEBE.AZ xəbər verir ki, “Fənərbaxça Beko” öz meydanında “Türk Telekom”u qəbul edib.
Ev sahibləri rəqibini 101:94 hesabı ilə məğlub edərək seriyada ümumi hesabı 2:1-ə çatdırıblar və adlarını yarımfinal mərhələsinə yazdırıblar.
Qeyd edək ki, yarımfinala vəsiqə qazanan digər komandalar “Beşiktaş”, “Anadolu Efes” və “Bahçeşehir Koleji”dir.