“Milan”ın qapıçısı Mayk Menyan karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, qolkiper “Çelsi”nin diqqət mərkəzinə düşüb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, “zadəganlar” A Seriyası təmsilçisi ilə hələ də razılaşmaya gələ bilməyən 29 yaşlı oyunçunu transfer etmək niyyətindədir.
Qeyd edək ki, bu keçid reallaşarsa, “Çelsi”nin heyətində 11 qolkiper yer alacaq.